Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.
Xalq arasında sudurqa kimi tanınan epilepsiya, beyin qabığındakı sinir hüceyrələrinin anormal və həddindən artıq elektrik boşalması nəticəsində yaranan, ani, təkrarlanan və müəyyən edilə bilən bir hadisə ilə tətiklənməyən tutmalarla xarakterizə olunan bir vəziyyətdir.
Ani dalmalar, əllərdə sıçrayış, qışqırıq, qol və ayaqlarda qıcolmalar, huşun itirilməsi, ağızdan köpük gəlməsi, sidik qaçırma, yerə yıxılma, başgicəllənmə kimi bir çox əlamət epilepsiya tutmalarında müşahidə oluna bilər.
Epilepsiya genetik meyllilikdən, beyindəki struktur pozğunluğundan, beyin travmaları və şişlərindən qaynaqlana bilər.
Epilepsiya beyin qabığındakı sinir hüceyrələrinin anormal və həddindən artıq elektrik boşalması nəticəsində ortaya çıxan ani, təkrarlanan və müəyyən edilə bilən bir hadisə ilə tətiklənməyən tutmalarla xarakterizə olunan bir vəziyyətdir.
Epilepsiyanı huşun itirilməsi ilə müşayiət olunan və olunmayan epilepsiyalar olaraq iki yerə ayıra bilərik. Huşun itirilməsi olmayan epilepsiyaların diaqnozu daha çətindir.
Epilepsiya tutmaları:
Ani dalmalar,
Əllərdə sıçrayış,
Qışqırıq,
Yuxuda başın bir tərəfə dönməsi şəklində ola bilər.
Xalq arasında bilinən, huşun itirilməsinin də olduğu generalizəolunmuş tutma deyilən epilepsiya tutmalarında:
Qol və ayaqlarda şiddətli qıcolmalar,
Huşunu itirmə,
Sidik qaçırma,
Ağızdan köpük gəlməsi,
Dilin dişlənməsi kimi əlamətlər görülə bilər.
Ancaq bu, epilepsiyanın yalnız bir növüdür. Bundan başqa çox fərqli epilepsiya növləri vardır.
Epilepsiya krizini tətikləyən hallar bunlardır:
Aclıq
Qapalı və havasız məkanlar
Stress
Bəzi dərmanlar
Yorğunluq
Parlaq işıqlar
Ciyiltili səs
Həmçinin, səsə və ya işığa həssas olan epilepsiya növləri də var. Bu səbəbdən ani və ciyiltili səs, parlaq işıqlar da epilepsiya krizinə səbəb ola bilər.
Epilepsiyaya:
Genetik meyllilik,
Beyindəki struktur pozğunluqlar,
Beyin şişləri və travmalar səbəb ola bilər. Həmçinin, epilepsiya səbəbi bilinməyən hallardan da qaynaqlana bilər.
Səbəbi bəlli olmayan epilepsiyalarda MRT və EEQ-də heç bir tapıntı aşkar edilmir.
Beyindəki struktur pozğunluq
Kəllə-beyin travması
Beyin damarlarının tıxanması,
Beyin qanaması
Şiş
Beyin əməliyyatları nəticəsində beyində zədələnmə meydana gələrək anormal elektrik boşalmaları olur və epilepsiya ortaya çıxa bilər.
Epilepsiya ən çox ilk bir yaşda və 60 yaşdan sonra müşahidə olunur. 60 yaşdan yuxarı insanlarda səbəb adətən insult, kəllə-beyin travması, beyin şişləri və metabolik pozğunluqlardır (qandakı duz dəyərinin düşməsi kimi).
İlk bir yaşda görülən epilepsiyalar daha çox metabolik, beyin struktur pozğunluqları və ya genetik səbəblərdən qaynaqlanır. Epilepsiyanı ən çox uşaqlıq və yeniyetməlik dövründə görürük.
Bəzi epilepsiyalar, məsələn, generalizəolunmuş mioklonik epilepsiya (JME) kimi, yeniyetməlik dövründə başlayır və ömür boyu davam edə bilər.
Epilepsiyada ilk diaqnoz üsulu beynin elektrik fəaliyyətinin qeydə alındığı EEQ-dir (Elektroensefaloqrafiya). Ancaq EEQ epilepsiya diaqnozunu 60-70 faiz nisbətində təsdiqləyir. EEQ yüz faizlik epilepsiya diaqnozu qoymaq üçün kifayət deyil.
Lakin beyində bir pozğunluq varsa, bu EEQ-də görülə bilər. Epilepsiya olsa belə, EEQ çox vaxt normal ola bilər. EEQ daha çox tutma anında çəkildiyi zaman epilepsiya əlaməti verir.
Tutmalararası dövrdə çəkilən EEQ-lər adətən normal çıxır. Həmçinin, EEQ-nin anormal olması da təkbaşına epilepsiya diaqnozu qoydurmaz. Epilepsiya diaqnozunda vacib olan klinik əlamətlərdir. Biz adətən xəstənin yaxınlarından tutma zamanı video çəkmələrini istəyirik.
Video qeyd vasitəsilə yalançı tutma olub-olmadığı və ya həqiqi bir epilepsiya olub-olmadığı aydınlaşdırılır. Diaqnozda ikinci üsul isə radioloji görüntüləmədir.
MRT-nin beyin toxumasını daha ətraflı göstərməsi səbəbindən radioloji görüntüləmədə MRT-yə üstünlük verilir.
Epilepsiyanın müalicə üsulu adətən dərman müalicəsidir. Epilepsiya müalicəsinə bir dərmanla başlanır və xəstə izlənilir. Bir dərmanın kifayət etmədiyi hallarda ikinci dərmana başlana bilər.
Əksər hallarda ikinci tutmadan sonra dərman müalicəsinə müraciət edilir. Ancaq ilk tutmanın yüz faiz klinik olaraq epilepsiya diaqnozunu təsdiqləməsi halında vaxt itirilmədən dərman müalicəsinə başlanır.
Epilepsiya müalicəsində əsas məsələ xəstənin tutma keçirib-keçirməməsidir. Bəzən ömür boyu dərman istifadə etmək lazım gəlir. Ancaq uşaqlıq dövründə başlayan epilepsiyaların əksəriyyəti bir neçə il davam edib tamamilə sağala bilər.
JME olaraq adlandırılan epilepsiya yeniyetməlik dövründə başlayır və ömür boyu davam edir. Bu xəstələr bütün həyatları boyu dərman istifadə etmək məcburiyyətindədirlər.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.
Epilepsiya xəstələrinin diqqət etməli olduğu məqamlar:
Ac qalmamaq
Yuxusuz qalmamaq
Gecə növbəli işdə işləməmək
Həddindən artıq yorğunluqdan, stressdən uzaq durmaq
Təkbaşına idman etməmək (xüsusilə üzgüçülük)
Dərman dozalarını qətiyyən unutmamaq
Ticarət mərkəzlərində uzun müddət qalmamaq (spot işıqlara görə)
Həddindən artıq səs-küylü və yüksək səsli mühitlərdən uzaq durmaq (diskoteka, klub, şadlıq sarayları kimi)
Təkbaşına uzun yolda avtomobil idarə etməmək
Avtomobil faralarının işıqlarının epilepsiya tutmalarına səbəb ola biləcəyi üçün gecə avtomobil idarə etməmək
Gecə səyahət edərkən (sərnişin olaraq) göz bandından istifadə etmək.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.