Mənim yolum həkimliklə başladı…
Nevrologiyanı seçdim…Beyni öyrəndim, xəstəliklərin səbəblərini araşdırdım. Amma zamanla gördüm ki, təkcə bədən deyil, insanın düşüncələri, inancları və ruh halı da sağlamlığına təsir edir.
Bəzən ən müasir müalicə belə kifayət etmirdi. Çünki dərindən gələn inanclar, travmalar və görünməz yük insanı içdən yorurdu., ruhunu yorğun salırdı. Mən anladım ki, yalnız beyni müalicə etməklə deyil, həm də insanın ruhunu, daxili dünyasını anlamaqla dəyişiklik mümkündür.
Bu səbəbdən elmə paralel olaraq şüuraltı ilə işləmək, daxili harmoniyaya çatmaq, enerjini balanslamaq və ruhu gücləndirməyin yollarını araşdırmağa başladım. Və öncə Access Bars, daha sonra isə PSYCH-K® ilə tanış oldum. Və həqiqətəndə sanki, əlimə sehirli çubuq verdilər PSYCH-K® yöntəmini öyrəndikdən sonra. Mənim üçün bu seanslar sadəcə metod deyil, insanın daxili harmoniasını geri qaytara bilən açar oldu.
O an qərar verdim – elm və ruh birləşməlidir. Bu gün məqsədimi və həyat yolumu aydın görürəm: insanlara həm elmi əsaslı yöntəmlər ilə, həm də energetik psixologiya yöntəmləri ilə dəstək olmaq. Pasientlərimi İynə dərman müalicəsi ilə yanaşı onların içində gizlənən gücü oyatmaq, daxili balans və harmoniya yaratmaq artıq mənim üçün prioritetdir…