Qeyd: Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır və peşəkar tibbi məsləhəti əvəz etmir.
Təşviş pozuntusu, insanın gündəlik həyatını çətinləşdirən, həddindən artıq narahatlıq və qorxu hissləri ilə xarakterizə olunan psixoloji bir pozğunluqdur.
Normal həyacan hər kəsin həyatının təbii bir hissəsidir – imtahan öncəsi, iş müsahibəsi və ya mühüm qərar qabağında narahat olmaq normaldır.
Lakin təşviş pozuntusunda bu hisslər nəzarətdən çıxır, uzun müddət davam edir və real təhlükə olmadığı hallarda belə ortaya çıxır.
Təşviş pozuntusu beyin kimyasındaki balanssızlıqlar, genetik meyllər, həyat təcrübələri və ətraf mühit amilləri nəticəsində yaranır. Bu vəziyyət insanın iş qabiliyyətinə, şəxsi münasibətlərinə və ümumi həyat keyfiyyətinə ciddi təsir göstərə bilir.
Təşviş pozuntusunun yaranmasında bir çox amil rol oynayır. Bu amilləri daha yaxından nəzərdən keçirək:
Beyin kimyası təşviş pozuntusunda əsas rol oynayır. Serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlərin balanssızlığı təşviş əlamətlərinin yaranmasına səbəb olur. Beynin amigdala adlı hissəsi qorxu və təhlükə reaksiyalarından məsuldur və təşviş pozuntusunda bu sahə həddindən artıq aktiv ola bilir.
Tədqiqatlar göstərir ki, ailədə təşviş pozuntusu olan şəxslərdə bu problemin yaranma riski daha yüksəkdir. Genetik faktorlar təşviş pozuntusuna meyilliyi artırsa da, tək başına nəslin müəyyənedici olmadığını qeyd etmək lazımdır.
Uşaqlıq travmaları, stress, ağır həyat hadisələri (iş itkisi, sevdiyinin itkisi, ciddi xəstəlik), uzunmüddətli stress vəziyyətləri təşviş pozuntusunun inkişafına səbəb ola bilər. Həmçinin, perfeksionist şəxsiyyət xüsusiyyətləri və mənfi düşüncə şəkilləri də təşvişi gücləndirə bilər.
Qalxanvari vəzin problemləri, ürək xəstəlikləri, diabet və bəzi xroniki xəstəliklər təşviş əlamətlərinə səbəb ola bilər. Həmçinin, kofein, alkoqol və bəzi dərmanlar da təşvişi artıra bilər.
Təşviş pozuntusunun əlamətləri hər insanda fərqli ola bilər, lakin ən çox rast gəlinənlər bunlardır:
Bu əlamətlər altı ay və ya daha uzun müddət davam edərsə və gündəlik həyatınızı çətinləşdirirsə, mütləq həkim nevroloqa müraciət etməlisiniz.
Transkranial Maqnit Stimulyasiya (TMS) beynin müəyyən sahələrini maqnit dalğaları vasitəsilə stimulyasiya edən müasir və qeyri-invaziv bir müalicə üsuludur.
Bu texnologiya əvvəlcə depressiyanın müalicəsində istifadə olunsa da, indi təşviş pozuntusunun müalicəsində də uğurla tətbiq edilir.
TMS cihazı başa yerləşdirilən xüsusi bir bobin vasitəsilə maqnit impulsları göndərir. Bu impulslar beynin müəyyən sahələrində elektrik cərəyanı yaradır və neyronların fəaliyyətini tənzimləyir.
Təşviş pozuntusunda TMS terapiya emosiyaların tənzimlənməsindən məsul olan beyin sahələrini, xüsusilə prefrontal korteksi hədəf alır.
Bu proses ağrısızdır və heç bir əməliyyat tələb etmir. Xəstə müalicə zamanı oturmuş vəziyyətdə qalır və prosedur təxminən 20-40 dəqiqə davam edir.
Dərmansız müalicə: TMS terapiya heç bir dərman istifadəsi tələb etmir, buna görə də dərmanların yan təsirləri problemi olmur.
Qeyri-invaziv: Heç bir əməliyyat, inyeksiya və ya anesteziya tələb olunmur.
Təhlükəsizlik: FDA (Amerika Qida və Dərman İdarəsi) tərəfindən təsdiqlənmiş təhlükəsiz bir üsuldur.
Minimal yan təsirlər: Bəzi xəstələrdə yüngül baş ağrısı və ya müalicə yerində xeif narahatlıq ola bilər, lakin bu əlamətlər adətən tez keçir.
Effektivlik: Klinik tədqiqatlar TMS terapiyanın təşviş pozuntusunun müalicəsində əhəmiyyətli dərəcədə effektiv olduğunu göstərir.
Antidepressant və anksiyolitik dərmanlar təşviş pozuntusunun müalicəsində geniş istifadə olunur.
Lakin bu dərmanlar:
TMS terapiya isə bu problemlərdən azaddır və xüsusilə dərmanlara cavab verməyən xəstələr üçün əla alternativdir.
Qeyd: Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır və peşəkar tibbi məsləhəti əvəz etmir.